Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur.